Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan hesab edir ki, Ukraynadakı münaqişə dönüş nöqtəsinə yaxınlaşır və Ankara onun həlli istiqamətində səyləri dəstəkləməyə hazırdır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Bizimyol.info xəbər verir ki, o, bu barədə Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
“Ukraynada dörd ilə yaxındır davam edən müharibənin indi dönüş nöqtəsinə yaxınlaşdığını görürük. Bu kontekstdə biz diplomatiyanın daimi və ədalətli həll üçün yeganə variant olduğuna inanırıq. Müharibəyə tez bir zamanda son qoymaq məqsədi ilə danışıqlar prosesinin canlandırılmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq”, - deyə Türkiyənin xarici işlər naziri Fidan qeyd edib.
Qadir, Bizimyol.info