Fidan və HƏMAS rəhbərliyi Ankarada Qəzzadakı vəziyyəti müzakirə etdi | Icma.az
Icma.az bildirir, GlobalInfo portalına istinadən. Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada HƏMAS rəhbərləri ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, Hakan Fidan Ankarada HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərviş və təşkilatın Siyasi Büro üzvləri ilə bir araya gəlib.
Görüş zamanı Qəzzada atəşkəsə nail olunması üçün göstərilən səylər müzakirə olunub.
Fidan və qarşı tərəf İsrailin Qəzzaya humanitar yardımın girişini əngəlləməklə fələstinliləri aclıqla cəzalandırmaq istədiyini vurğulayıb.
Bu vəziyyətdə beynəlxalq ictimaiyyətin daha fəal şəkildə hərəkətə keçməsinin vacibliyi qeyd edilib.
Görüşdə həmçinin fələstinlilərin doğma torpaqlarından çıxarılmasına yönələn cəhdlərin qəbuledilməz olduğu vurğulanıb.
İsrailin İordan çayının Qərb sahilində işğalı daimi hala gətirməyə yönələn addımlarının regional sülh üçün ciddi təhlükə yaratdığına diqqət çəkilib.
Tam oxu
Xəbəri oxu