Fidan və Lavrov telefonla Suriyadakı vəziyyəti müzakirə etdi

30.11.2024

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov arasında telefon danışığı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
“Xarici işlər naziri Hakan Fidan bu gün, noyabrın 30-da Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb. Görüşdə Suriyadakı vəziyyət və Astana prosesi müzakirə edilib”, - mənbə bildirib.
Qeyd edək ki, daha öncə Fidan Ankaranın Suriyanın Hələb əyalətində alovlanan münaqişədə iştirak etmədiyini, lakin Suriyadan yeni miqrasiya dalğası riskləri ilə bağlı təhlükəsizlik tədbirləri gördüyünü bildirib. O, Türkiyənin Suriyadakı terror quruluşunun dövlət olmasına heç vaxt icazə verməyəcəyinə də diqqət çəkib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью