Fidandan Azərbaycan açıqlaması: Yanınızdayıq!

26.02.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımının ildönümü ilə bağlı başsağlığı verib.

Axar.az xəbər verir ki, o, bununla bağlı özünün sosial şəbəkə hesabında bildirib.

“Xocalı soyqırımının 34-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Qardaş Azərbaycan xalqının kədərini qəlbimizin ən dərin yerində hiss edirik. Türkiyə “Tək millət, iki dövlət” anlayışı ilə hər zaman can Azərbaycanın yanındadır”, - XİN rəhbəri qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью