Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə xarici işlər naziri Hakan Fidan deyib ki, Cənubi Qafqaz bölgəsində sülh üçün bir ümid işığı var.
Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsinin son mərhələsindəyik.
Nazirin sözlərinə görə, Türkiyə ikitərəfli danışıqları dəstəkləyir.Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülhün imzalanması üçün şərtləri müəyyən edib.
Əsas şərt isə, Ermənistanın Konstitusiyasında dəyişiklik etməsidir.
Azərbaycan bütün səyləri və atdığı addımlarla regionda sülhün imzalanmasında istəkli olsa da, Ermənistan tərəfinin bu məsələdə "səylərin" sadəcə sözlərdə olduğunu görürük.Politoloq Tural İsmayılov "Sherg.az"a deyib ki, Hakan Fidan Azərbaycanın necə sülhpərvər olduğunu və sülh üçün çalışdığını yaxşı anlayır:"Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra bölgədə ortaya qoyduğu mövqe sülhə xidmət edir.
Yəni ölkəmiz qalib olaraq şərtləri diqtə edən tərəfdir. Buna baxmayaraq Ermənistan hər hansı formada sıxışdırmır.
Eyni zamanda regional əməkdaşlığın gələcəyi üçün mütləq şəkildə Cənubi Qafqaza sülhün gəlməli olduğunu bildirir.