Fidan:Türkiyə üçün PKK ilə bağlı təhlükələr aradan qaldırılmalıdır

28.02.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ xüsusilə Suriyada İŞİD-lə mübarizə ilə bağlı əlaqələrin parametrlərinə yenidən baxmalı və Türkiyə üçün təhlükə yaradan PKK-ya dəstək öhdəliyindən xilas olmalıdır.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzira” telekanalına müsahibəsi zamanı deyib.

Fidan ABŞ və Avropa ölkələrinin hələ də PKK/YPG-yə dəstək verdiyini vurğulayaraq PKK/YPG-nin Suriya ərazisinin üçdə birini işğal etdiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью