FIDE nin dördüncü prezidenti vəfat etdi

07.04.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

FIDE-nin dördüncü prezidenti olmuş islandiyalı Fridrik Olafsson vəfat edib.

Bakıvaxtı.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, sabiq şahmatçı 90 yaşında ölüb.

Qrossmeyster 1978-ci ildən 1982-ci ilə qəfər dünyanın ali şahmat qurumuna rəhbərlik edib.

Qeyd edək ki, F.Olafsson İslandiyanın ilk beynəlxalq qrossmeysteridir. O, altıqat İslandiya çempionu (1952, 1953, 1957, 1961, 1962, 1969), həmçinin Skandinaviya ölkələri arasında yarışın qalibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью