Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç vəzifəsinin icrasını müvəqqəti dayandırıb.
Apasport.az xəbər verir ki, bu barədə FİDE-nin mətbuat xidməti məlumat yayıb.
Buna Avropa İttifaqının Dvorkoviçi 21-ci sanksiyalar siyahısına daxil etməsi səbəb olub. O, qərarı qanunsuz və ədalətsiz adlandıraraq bütün mümkün hüquqi vasitələrlə ona etiraz edəcəyini bildirib.
Dvorkoviç qeyd edib ki, məhkəmənin yekun qərarınadək sanksiyalar FİDE-nin sabit fəaliyyətinə mane ola bilər. Bu səbəbdən o, təşkilatın maraqlarını nəzərə alaraq prezident səlahiyyətlərini könüllü şəkildə dərhal dayandırmaq qərarına gəlib.
FİDE-nin nizamnaməsinə əsasən, prezidentin səlahiyyətlərini müvəqqəti olaraq təşkilatın vitse-prezidenti, şahmat üzrə 15-ci dünya çempionu Vişvanatan Anand icra edəcək.
Qeyd edək ki, Arkadi Dvorkoviç 2018-ci ildən FİDE-nin prezidentidir. O, 2022-ci ildə keçirilən seçkidə ikinci dəfə bu vəzifəyə seçilmişdi.
Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib Qubada beynəlxalq şahmat festivalı keçiriləcək "Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalına start verilib Dünya çempionları Vətənə qayıdıblar "Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vurulub