FIDE prezidenti Timur Turlovdan ilk hədəfi barədə EKSKLÜZİV AÇIQLAMA SƏMƏRQƏNDDƏN + VİDEO

27.09.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni prezidenti Timur Turlov vəzifəyə seçildikdən sonra ilk prioritetlərini açıqlayıb.

İdman.Biz-in Özbəkistana ezam olunmuş əməkdaşına açıqlama eksklüziv açıqlama verən Timur Turlov əsas məqsədinin FIDE-də komandanı gücləndirmək və qarşıya qoyulan proqramın icrası üçün kifayət qədər insan resursu formalaşdırmaq olduğunu deyib.

“Düşünürəm ki, hər şey insanlardan və komandadan başlayır. İlk növbədə hansı resursların çatışmadığını və komandamıza hansı mütəxəssisləri əlavə etməli olduğumuzu müəyyənləşdirəcəyik. Məqsədimiz verdiyimiz vədləri yerinə yetirmək və proqramımızı tam həyata keçirmək üçün kifayət qədər insan resursuna malik olmaqdır. Hazırda əsas hədəfimiz budur”, - deyə Turlov bildirib.

Qeyd edək ki, Timur Turlov 26 sentyabrda Səmərqənddə keçirilən FIDE prezident seçkisində ikinci turda 110 səs toplayaraq qalib gəlib. 38 yaşlı funksioner təşkilatın səkkizinci prezidenti olub və 2018-ci ildən FIDE-yə rəhbərlik edən Arkadi Dvorkoviçi əvəzləyib.

Araz Xəlilli

Bu gönderiyi Instagram'da gör

İdman.Biz (@idmanbiz)'in paylaştığı bir gönderi

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью