FİDE: Rauf Mammədovdan sıçrayış İdman və Biz

01.12.2024

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

FİDE şahmatçıların dekabr ayı üçün dünya reytinqini dərc edib.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir.

Bir pillə geriləyən qrossmeysterimiz 2738 xalla 16-cı pillədə qərarlaşıb. Teymur Rəcəbovun (2698) möveqyini qoruyub, o yenə 33-cüdür. 13 pillə irəliləyən Rauf Məmmədov (2656) 69-cu pilləyə yüksəlib.

Cədvələ 2831 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

Qadınların cədvəlində təmsilçilərimizdən ən yaxşı göstəriciyə Günay Məmmədzadə imza atıb. Üç rəqibini qabaqalayan şahmatçı 2421 xalla 36-cı yerdədir. Bir pillə irəliləyən Gövhər Beydullayeva (2404) 43-cü yerə yüksəlib, Ülviyyə Fətəliyevanın (2381) isə 67-ci pillədəki mövqeyi dəyişməyib. Xanım Balacayeva (2362) 4 pillə geriləyərək 83-cü olub.

Qadınların reytinq cədvəlinə çinli Yufan Hu başçılıq edir – 2633 xal.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью