FIDE reytinq cədvəlini açıqlayıb Şəhriyar Məmmədyarov 11 ci yerdədir

02.03.2025

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2025-ci il mart ayının reytinq cədvəlini açıqlayıb.
Yeniavaz.com 
xəbər verir ki, cədvələ əvvəlki kimi norveçli 5 qat dünya çempionu Maqnus Karlsen (2833) başçılıq edir.
100 nəfəri əhatə edən siyahıda 3 Azərbaycan təmsilçisi yer alıb.
Onlardan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov 2748 xalla 11-ci yerdədir. Digər azərbaycanlı qrossmeyster Teymur Rəcəbov isə 2692 xalla 35-ci yerdədir.
Həmçinin Rauf Məmmədov 2657 xal toplayaraq 67-ci yerdə qərarlaşıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью