Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyul ayı üçün reytinq cədvəlini yeniləyib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. "Report" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov (2723) 23-cü pillədə qərarlaşıb.
Teymur Rəcəbov (2689) 38-ci, Aydın Süleymanlı (2657) 57-ci, Məhəmməd Muradlı (2642) 78-ci, Rauf Məmmədov (2639) 84-cüdür.
Kişi şahmatçıların sıralamasına norveçli Maqnus Karlsen (2823) başçılıq edir.
Qadınlardan Ülviyyə Fətəliyyeva (2440) 24-cü mövqedə yer alıb. Gövhər Beydullayeva (2375) 64-cü, Xanım Balacayeva (2356) 82-ci, Günay Məmmədzadə (2350) 86-cıdır.
Birinci pillədə Çinli Yifan Hou (2596) yer alıb.