FİDEdən Rusiya və Belarus şahmatçıları ilə bağlı qərar İdman və Biz

09.12.2024

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

FİDE Rusiya və Belarus şahmatçılarının beynəlxalq yarışlarda iştirakı ilə bağlı qərar verib.

İdman.biz xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Federasiyanın şurası bu iki ölkə təmsilçilərinin FİDE bayrağı altında iştirak müddətini daha bir il uzadıb. Rusiya və Belarus şahmatçıları 2026-cı il yanvarın 1-dək yarışlara beynəlxalq federasiya bayrağı altında qatılacaq.

Qeyd edək ki, əvvəlki qərarın müddəti 2025-ci il yanvarın 1-də bitməli idi.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью