FİFA 1 milyard dollar gəlir gözləyir

14.05.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

FIFA qadınlar arasında keçiriləcək 2027-ci il dünya çempionatından 1 milyard dollar gəlir əldə etməyi proqnozlaşdırır

QOL.az xəbər verir ki, bu barədə qurumun prezidenti Canni İnfantino açıqlama verib.

“Qadın futbolu və futbolda qadınların rolu həlledici əhəmiyyətə malikdir”, — İnfantinonun sözlərini ESPN sitat gətirir.

Planlaşdırılır ki, 2027-ci il dünya çempionatından əldə edilən gəlirin bir hissəsi qadın futbolunun inkişafına yatırılacaq.

Qeyd edək ki, Avstraliya və Yeni Zelandiyanın ev sahibliyi etdiyi 2023-cü il dünya çempionatı zərərsiz olub və 570 milyon dollardan çox gəlir gətirib.

Qadınlar arasında 2027-ci il dünya çempionatı Braziliyada keçiriləcək. 2031-ci il dünya çempionatını isə ABŞ keçirməyə hazırdır. Bu turnirdə komandaların sayınən 32-dən 48-ə artırılması planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью