FIFA 2026 cı ildə ilk reytinq cədvəlini dərc etdi: Azərbaycan millisi neçənci yerdədir? | …
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. FIFA milli komandaların 2026-cı ildə ilk reytinq cədvəlini dərc edib.
Oxu.Az bu barədə FIFA-nın saytına istinadən xəbər verir. Azərbaycan millisi reytinqdə 127-ci yeri tutur.
Yığmamız əvvəlki reytinqlə müqayisədə mövqeyini dəyişməyərək eyni pillədə qərarlaşıb və hesabında 1132.97 xal var.
Reytinq cədvəlinin ilk üçlüyündə də heç bir dəyişiklik baş verməyib.
İspaniya millisi (1877.18 xal) liderliyini davam etdirir, ondan sonra gələn yerləri isə müvafiq olaraq Argentina (1873.33) və Fransa (1870) komandaları tuturlar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu