Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
Argentina millisinin DÇ-2026-nın yarımfinalından sonra nümayiş etdirdiyi banner FİFA-nın diqqət mərkəzinə düşüb.
Apasport.az xəbər verir ki, dünya futbol qurumu turnir başa çatdıqdan sonra məsələ ilə bağlı intizam araşdırması aparacaq.
FİFA-nın İntizam Komitəsindən bildirilib ki, əvvəlcə matçın rəsmi hesabatları və bütün hallar araşdırılacaq, daha sonra İntizam Məcəlləsinə uyğun qərar veriləcək.
Argentina yığmasının futbolçuları İngiltərə üzərində 2:1 hesablı qələbədən sonra üzərində “Malvin adaları Argentinanındır” yazılmış banner nümayiş etdiriblər.
Sözügedən şüar Argentina ilə Böyük Britaniya arasında Folklend (Malvin) adaları ilə bağlı siyasi mübahisəyə aid olduğundan, FİFA-nın siyasi məzmunlu mesajlarla bağlı qaydalarının pozulması kimi qiymətləndirilə bilər.
Rəşad Sadıqov: “Püşkdən əvvəl ‘Torpedo’nu istəmirdik” Millimiz Slovakiyaya qalib gəldi "Trabzonspor"dan müdafiəçi transferi - İspaniyadan Türkiyəyə İkardi İspaniya yolunda- İki La Liqa klubu hücumçunu istəyir Qrinvud İstanbulda - “Fənərbaxça”nın yeni transferi azarkeşlərlə görüşəcək