FİFA “Barselona”ya 3 milyon avro təzminat ödəyəcək

20.11.2024

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Barselona” Ronald Arauxonun Uruqvay millisində olarkən aldığı zədəyə görə təzminat alacaq.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, FİFA uruqvaylı futbolçunun millidə olarkən aldığı zədəyə görə Kataloniya klubuna 3 milyon avro məbləğində təzminat ödəyəcək.

25 yaşlı müdafiəçi iyulda, Amerika kubokunun 1/4 finalında Braziliya millisi ilə matçda zədələnmişdi. O, həmin vaxtdan meydanda görünmür, heç vaxt “Barselona”nın yeni çalışdırıcısı Hans-Diter Flikin rəhbərliyi altında oynamayıb.

Arauxonun yenidən meydana qayıtması dekabr ayına planlaşdırılıb. O, 2018-ci ildən “Barselona”nın rənglərini qoruyur.

Kristensen əməliyyat olunub Kundeyə Premyer Liqadan təklif Renat Dadaşov məşqlərə start verib “Bavariya”dan Musialaya jest  Amorim 7 futbolçu ilə vidalaşacaq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью