Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) paraqvaylı şərhçi Xorxe Veranın akkreditasiyasını ləğv edib.
Yeniavaz.com “Ole” nəşrinə istinadla xəbər verir ki, bu barədə FİFA məlumat yayıb
Səbəb onun Dünya Kubokunun qrup mərhələsinin ikinci turunda Türkiyə ilə oyunda Paraqvay oyunçusu Miqel Almironun meydandan qovulmasına verdiyi emosional reaksiya olub.
Birinci hissənin sonlarında hakim İvan Barton Almirona qırmızı vərəqə göstərib. Canlı yayımda Vera hakimə, FİFA prezidenti Canni İnfantinoya və CONMEBOL prezidenti Alexandro Dominqesə sərt reaksiya verib.
Vera canlı yayımda “Barton, sən oğrusan. Bizdən bir oyunçu aldılar. FİFA, futbolu bu zibilə çevirməyin məsuliyyətini öz üzərinə götür. Alexandro Dominqes CONMEBOL rəhbəri kimi nəsə etməlisən. Bir az cəsarətli ol, İnfantino ilə daha az şəkil çəkdir. Lənətə gəlmiş oğrular. Bu, biabırçılıqdır”, - deyib.
Şərhçi daha sonra şərhlərinə görə üzr istəsə də, o, ABC telekanalının bütün Dünya Kuboku ilə bağlı proqramlarından kənarlaşdırılıb.