FİFA bu gün Trampı mükafatlandıracaq

05.12.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

FİFA bu gün Trampı mükafatlandıracaq

ABŞ prezidenti Donald Tramp FİFA Sülh Mükafatı ilə təltif olunacaq.

QOL.az xəbər verir ki, ölkə başçısına mükafat 2026-cı il dünya çempionatının final mərhələsinin püşkatma mərasimindən əvvəl təqdim olunacaq,

Donald Trampa tədbirdə çıxış üçün yer ayrılacaq.

Qeyd edək ki, FİFA Sülh Mükafatı 2025-ci ilin noyabrında təsis edilib. Mükafatın ilk sahibi Tramp olacaq.

Xatırladaq ki, DÇ-2026-ya 3 ölkə ev sahibliyi edəcək: ABŞ, Kanada və Meksika. Turnir tarixində ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək. Yarış 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Püşkatma mərasimi isə bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью