Icma.az bildirir, sport24.az portalına istinadən.
FIFA prezidenti Canni İnfantino Dominikan Respublikasına səfər edib. Sport24.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri 14 yaşadək oyunçular üçün Karib Futbol İttifaqının (CFU) və FİFA-nın birgə təşkil etdiyi "FIFA Forward" turnirini izləyib.
FİFA prezidenti səfər çərçivəsində Karib dənizi milli assosiasiyalarının nümayəndələri ilə də görüşüb.
İki həftə əvvəl FİFA-nın iki vitse-prezidenti - Aleksandr Çeferin və Salman bin İbrahim Əl-Xəlifə İnfantinonu son bir ildə gizli şəkildə FİFA-nın milyardlarla dollarlıq kommersiya əməliyyatlarını törəmə şirkətə çevirməyi planlaşdırdığına görə "fırıldaqçılıqda" ittiham edilər. Bu törəmə şirkətin 20 faizi Coşua Kuşnerin rəhbərlik etdiyi investorlara məxsus olub.
"The Telegraph" qəzetinin məlumatına görə, Avropa Futbol Assosiasiyaları Birliyi İnfantinonun könüllü istefa verməyəcəyi təqdirdə ona etimadsızlıq səsverməsi keçirməyi nəzərdən keçirir. Bundan əlavə, Avropa futbol assosiasiyaları 2027-ci ildə keçiriləcək FİFA prezident seçkiləri zamanı İnfantinoya dəstək məktublarını geri götürmək niyyətindədirlər. Jurnalist Romain Molina isə dünya futbolunda yaşanan böhran və İnfantinonun təşkilat daxilində dəstəyin itirməsi səbəbindən istefa verəcəyini bildirib.