FİFA da reytinqimiz dəyişməyib

08.08.2025

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

FIFA qadın futbolçulardan ibarət milli komandaların reytinq cədvəlini yeniləyib. Azərbaycan yığmasının da dünya reytinqindəki mövqeyi bəlli olub.

Siyasət Əsgərovun başçılıq etdiyi kollektiv 1300,4 xalla 74-cü sırada qalıb. Yəni, əvvəlki reytinqlə müqayisədə yığmanın mövqeyində dəyişiklik olmayıb. Qeyd edək ki, reytinq cədvəlinə İspaniya seçməsi (2066,79) başçılıq edir.

M.HACIXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью