FIFA daha bir Türkiyə klubunu ağır cəzalandırıb

25.02.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

FIFA Türkiyə Superliqası təmsilçisi "Adana Dəmirspor"un 6 xalını silib.

Oxu.Az xəbər verir ki, bu barədə qərar qurumun İntizam Komitəsinin iclasında qəbul edilib.

Daha əvvəl cari mövsüm Adana təmsilçisinin 3 xalı silinmişdi.

Bu nəticənin ardından komanda 3 xalla sonuncu - 19-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, FIFA bu gün "Sivasspor" klubunu da cəzalandırmışdı. Belə ki, Sivas təmsilçisi qarşıdakı üç transfer dönəmində heyətinə yeni oyunçu cəlb edə bilməyəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью