FİFA dan Argentina ilə bağlı QƏRAR

20.07.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) dünya çempionatında İspaniya komandası ilə final matçından sonra Argentina millisinin oyunçularının davranışlarını araşdıracaq.

Modern.az xəbər verir ki, bu barədə "Sky Sports" telekanalına istinadən xəbər verir.

Oyundan sonra Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes əvvəlcə İspaniya yığmasının müdafiəçisi Erik Qarsiyanın boğazından tutub, daha sonra isə yarımmüdafiəçi Qavini itələyib. Bundan sonra komanda yoldaşları onu sakitləşdirməyə çalışıblar.

Hadisə bununla yekunlaşmayıb. Argentina millisinin müdafiəçisi Nauel Molina İspaniya yığmasının qələbə sevincini qeyd etdiyi an Rodrini yıxmağa cəhd edib. Həmçinin Argentina millisinin məşqçilər korpusunun üzvü Roberto Ayalanın İspaniya yığmasının futbolçusu Dani Olmoya yumruq atmağa cəhd göstərdiyi bildirilib.

Bununla yanaşı, mükafatlandırma mərasimi zamanı Argentina millisinin futbolçuları İspaniya yığmasının oyunçularına arxa çeviriblər. Onlar daha sonra azarkeşlərinin olduğu tribunaya yaxınlaşaraq dəstəyə görə təşəkkür ediblər.

İspaniya millisinin futbolçuları isə idman etikası nümayiş etdirərək gümüş medalları almaq üçün podiuma çıxan argentinalılar üçün alqış dəhlizi yaradıblar.

Qeyd edək ki, dünya çempionatının finalında İspaniya millisi əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью