Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
FİFA-nın İntizam Komitəsi Argentina Futbol Assosiasiyasını (AFA) DÇ-2026-nın finalında baş verən qayda pozuntularına görə cəzalandırıb.
QOL.az qurumun saytına istinadən xəbər verir ki, AFA 321 min dollar məbləğində cərimələnib. Bundan başqa, Argentina millisi növbəti iki ev oyununu tribunaların yalnız 50 faizinin dolmasına icazə verilməklə keçirməlidir.
Bundan başqa FİFA Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredesə isə 10 oyunluq diskvalifikasiya verib. Futbolçu əlavə olaraq 90 min dollar cərimələnib.
Xatırladaq ki, iyulun 19-da keçirilən DÇ-2026-nın finalında Argentina İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə uduzub. Görüşdən sonra iki komandanın futbolçuları arasında dava düşüb. Hadisədə Paredeslə yanaşı, Tyaqo Almada və Nauel Molina da iştirak edib.
Paredes insident zamanı İspaniya millisinin futbolçusu Erik Qarsiyanı boğazından tutub, daha sonra komanda yoldaşını müdafiə etməyə çalışan Qavini itələyib.