FİFA dan Bakıda keçirilən U 15 Dünya Çempionatı ilə bağlı PAYLAŞIM

30.10.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Beynəlxalq Futbol Federasiyası (FİFA) Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalı ilə bağlı rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.

Redaktor.az xəbər verir ki, ali futbol qurumu turnirdən görüntülər təqdim edərək yarışın gənc futbolçuların inkişafındakı rolu və əhəmiyyətini vurğulayıb.

Paylaşımda deyilir:

"Xəyallardan gerçəkliyə... Minlərlə gənc futbolçu Azərbaycanda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında ilk beynəlxalq futbol təcrübəsini qazanır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью