FİFA dan BMT yə Tramp İnfantinonu Baş katibliyə namizəd göstərir

22.07.2026

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp FIFA prezidenti Canni İnfantinonu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə namizəd göstərməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.

ABŞ prezidentinin Qlobal Tərəfdaşlıqlar üzrə xüsusi nümayəndəsi Paolo Zampolli bildirib ki, bu ideya Trampa məxsusdur.

"Bəli, bu onun fikridir. Yalnız Prezident Tramp belə dahiyanə ideya irəli sürə bilərdi".

Məlumata görə, Tramp İnfantinonun dünya miqyasında böyük hörmət qazandığını və insanları bir araya gətirmək bacarığına malik olduğunu düşünür.

Qeyd edək ki, BMT-nin Baş katibi seçilmək üçün namizəd əvvəlcə BMT Təhlükəsizlik Şurasının 15 üzvündən ən azı 9-nun dəstəyini almalı və beş daimi üzvdən (ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransa) heç birinin vetosu ilə üzləşməməlidir.

Bundan sonra namizədlik BMT Baş Assambleyasının 193 üzvü tərəfindən səsverməyə çıxarılır.

“Çelsi” klub tarixinin ən bahalı transferini reallaşdırdı ÇL: "Fənərbaxça" mövsümə qələbə ilə start verdi - YENİLƏNİB Millidəki karyerasını sonlandırdı Lemina daha 2 il “Qalatasaray”da Qanalı vinger rəsmən Premyer Liqada
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью