FİFA dan DÇ 2026 finalı ilə bağlı yeni plan

16.07.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan

DÇ-2026-nın final matçında fasilə müddətinin artırılması gündəmdədir.

QOL.az xəbər verir ki, FİFA genişmiqyaslı musiqi şousu üçün 2026-cı il Dünya Kubokunun finalındakı fasiləni uzada bilər. Qurumfinalın keçiriləcəyi ABŞ-ın Nyu-Cersi ştatındakı  "MetLife Stadium"da genişmiqyaslı musiqi şousu təşkil etmək üçün 15 dəqiqəlik fasiləni 30 dəqiqəyə çatdırmağı nəzərdən keçirir.

Bildirilib ki, proqramda Madonna, Şakira, Castin Biber, BTS və Burna Boy kimi dünya ulduzlarının çıxışı planlaşdırılır.

Lakin bu təşəbbüs qüvvədə olan futbol qaydalarına ziddir. Belə ki, IFAB-ın Oyun Qaydalarına əsasən, matçın fasiləsi maksimum 15 dəqiqə olmalıdır.

FİFA daha əvvəl Klublararası Dünya Çempionatı və Amerika Kubokunun finalı zamanı da standart fasilə müddətindən kənara çıxıb. Hələlik FİFA məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, DÇ-2026-nın finalı iyulun 19-da keçiriləcək. Həlledici görüşdə Argentina və İspaniya milliləri üz-üzə gələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью