FİFA dan DÇ 2026 öncəsi gözlənilməz qadağa Narazılıqlar var

04.06.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

FİFA-dan DÇ-2026 öncəsi gözlənilməz qadağa - Narazılıqlar var

FİFA DÇ-2026-dan əvvəl stadion qaydalarını dəyişib və azarkeşlər üçün vacib məhdudiyyət tətbiq edib.

QOL.az xəbər verir ki, qurumun yenilənmiş davranış kodeksinə əsasən, stadionlara təkrar istifadə oluna bilən və ya boş su butulkalarının gətirilməsi qadağan olunub. Əvvəllər 1 litrə qədər boş plastik butulkaya icazə verilirdisə, indi bu maddə tamamilə ləğv edilib.

FİFA qərarı təhlükəsizlik səbəbləri ilə izah edib. Bildirilib ki, butulkaların tribunaya və ya meydana atılması risk yarada bilər.

Stadionlarda vəziyyət necə olacaq?

Azarkeşlər öz butulkalarını gətirə bilməyəcək

Su stadion daxilində satışda olacaq

Bəzi arenalarda su doldurma və sərinləmə zonaları nəzərdə tutulur

Narazılıqlar var

Qərar xüsusilə isti hava gözlənilən şəhərlərdə ciddi müzakirə doğurub. Azarkeşlər həm qiymət artımı, həm də rahatlığın azalmasından narahatdırlar.

Xatırladaq ki, tarixdə ilk dəfə 48 komandanın iştirak edəcəyi 2026-cı il dünya çempionatı bu il iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью