FIFA dan millilərin təqvimi ilə bağlı dəyişiklik

07.10.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

FIFA milli komandaların oyunları ilə bağlı təqvimdə dəyişiklik edib.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Qurum 2026-2030-cu illərdə milli komandaların sentyabr və oktyabra nəzərdə tutulan oyunlarını birləşdirəcək. Belə ki, həmin ərəfədə çempionatlarda 2 həftə deyil, 3 həftəlik fasilə olacaq və bu müddətdə yığmaların oyunları olacaq.

Milli komandalar hazırda FIFA və UEFA bayrağı altında keçirilən matçları sentyabr və oktyabrda keçirir. Hər matç ərəfəsində liqalarda 2 həftəlik fasilə olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью