FİFA dan qalmaqallı təklif

29.07.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Canni İnfantino FİFA-ya üzv assosiasiyalara 10 milyard dollarlıq paket təklif edib. FİFA prezidentinin şərti isə gələcək dünya çempionatlarının paylarının özəl investorlara satılması planının təsdiqlənməsidir.

Futbolpress.az xəbər verir ki, qərarın altı həftə ərzində qəbul edilməməsi bu sərmayənin təxminən dörddə birinə endirilməsi ilə nəticələnəcək.

Qalmaqallı planın təfərrüatları ilk dəfə “The Times” nəşri tərəfindən işıqlandırılıb. Layihəyə əsasən, FİFA-nın əsas turnirlərinin 20–30 faizlik səhmlərini özəl investorlara satmaq üçün yeni törəmə şirkətin yaradılması nəzərdə tutulur. Xəbərin yayılmasından sonra FİFA rəsmi bəyanat yaysa da, bu nəhəng layihənin detalları barədə ətraflı məlumat verməyib.

Bu addım mətbuatda kəskin tənqidlərlə qarşılanıb, lakin FİFA sentyabrın 19-na qədər təklifi qəbul edəcəkləri təqdirdə hər bir milli assosiasiyaya 40 milyon dollar verəcəyini bildirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью