FIFA dan “Qarabağ”a təbrik FOTO

21.05.2025

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

FIFA-nın prezidenti Gianni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəfə ünvanladığı məktubla “Qarabağ” Futbol Klubunu Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün qalibi olması münasibətilə təbrik edib.

Apasport.az xəbər verir ki, məktubun məzmununu diqqətinizə çatdırırıq:

Cənab Rövşən Nəcəf

Prezident
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

Sürix. 21 may 2025-ci il

“Qarabağ” FK-ya təbrik

Hörmətli prezident,

Bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam!

Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.
Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm.

Hörmətlə,
Gianni İnfantino

“Araz-Naxçıvan”ın qapıçısı Moldova millisinə çağırılıb “Zirə” azarkeşlərinə görə ziyana düşdü Azərbaycan - Macarıstan matçının hakimləri açıqlanıb Amit Quluzadə 5 oyunluq cəzalanıb "Sumqayıt"ın yarımmüdafiəçisi yığmaya dəvət alıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью