Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
FIFA dünya çempionatından 15 milyard dollar gəlir əldə edəcək.
Futbolpress.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Ali futbol qurumu mundialdan öncə gəliri 11 milyard dollar proqnozlaşdırırdı. Lakin çempionata maraq daha böyük olub və əlavə 4 milyard qazanc əldə olunub. Gəlirlərin əsasını bilet satışları təşkilr edir. Xüsusilə VİP sektorlarda qiymətlər 15-20 min dollar aralığında olub.
Finalın VİP bileti isə 34500 dollardır.
Dünya çempionatının qalibi bu gün müəyyənləşəcək. Həlledici matçda Argentina ilə İspaniya üz-üzə gələcək. Görüşə saat 23:00-da start veriləcək.