FİFA dan Şahruddinlə bağlı qərar adanalılardan 707 min dollar alacaq

26.02.2025

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Adana Dəmirspor” “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevə 707 min dollar ödəniş etməlidi.

“Football-plus.az” xəbər verir ki, bu barədə FİFA-nın Mübahisələrin Həlli Palatası qərar qəbul edib.
Qolkiper şikayətinin qismən təmin edilməsi nəticəsində Türkiyənin superliqa təmsilçisindən bonuslara görə 100 min, müqavilənin pozulması üzündən təzminat tələbi üzündən 607 min dollar alacaq.
Xatırladaq ki, Şahruddin 2023-cü ilin yayında qardaş ölkəni təmsil edən klubla ikiillik müqaviləyə qol çəksə də, ötən il anlaşmanı pozub. Onu da əlavə edək ki, adanalılar ciddi maliyyə problemiylə üz-üzədi.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью