FİFA dan sürpriz: Dünya çempionatı üçün pley off ehtimalı

31.03.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

İlk dəfə yenilənmiş formatda keçiriləcək klublararası dünya çempionatının sonuncu iştirakçısı pley-offla müəyyənləşə bilər.

QOL.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb. 

ABŞ-ın ev sahibliyi edəcəyi turnirin iştirakçıları arasından Meksika "Leon"u çıxarılıb. Buna səbəb isə klubun FİFA qaydalarını pozmasıdır. Hələlik dünyanın ali futbol qurumu çempionatın sonuncu iştirakçısının adını açıqlamayıb.

Bildirilir ki, bu iştirakçının adına 1 matçdan ibarət pley-offda aydınlıq gələ bilər. 

Pley-offa namizəd klublar isə "Los Anceles" (ABŞ) və "Amerika"dır (Meksika).

"Leon"un əvəzinə sonuncu iştirakçı yerini tutacaq komanda D qrupunda "Çelsi", "ES Tunis" və "Flamenqo" ilə birlikdə yarışacaq.

Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Oyunlara ABŞ-ın 11 şəhərinim 12 stadionu ev sahibliyi edəcək. Final isə Nyu Yorkda keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью