Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünya futbolunun ali qurumu olan FİFA, 2026-cı il dünya çempionatından əldə olunan ümumi gəlirlərlə bağlı gözləntiləri aşan tarixi bir rekorda imza atmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə məşhur "The Guardian" nəşri məlumat yayıb.
Qurum builki çempionatdan düz 15 milyard dollar gəlir əldə edəcəyini açıqlayacaq.
Gəlirin böyük hissəsi qlobal futbolun inkişafına və FİFA-ya üzv olan milli assosiasiyaların gələcəkdə daha böyük layihələr maliyyələşdirməsinə yönəldiləcək.