FIFA dan “Turan Tovuz”a mükafat: HƏR GÜN ÜÇÜN PUL VERƏCƏK

08.06.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Turan Tovuz” FIFA-dan yüksək məbləğdə mükafat alacaq.

Belə ki, ali futbol qurumu dünya çempionatında iştirak edən hər futbolçu üçün klubuna ödəniş edəcək. Bu ödəniş turnirin sonunda ediləcək.

Azərbaycan təmsilçilərindən yalnız “Turan Tovuz”un futbolçusu Roderik Miller Panama millisinin düşərgəsində mundialda çıxış edəcək.

Müdafiəçinin yığmada olduğu hər gün üçün Qərb təmsilçisinə 5 min dollar veriləcək. 

“Apasport”un məlumatına görə, “Turan Tovuz” minimum 145 min dollar, yəni 246,5 min manat qazanacaq. Bu, Panama yığmasının qrupda qalacağı halda yaşanacaq ssenaridir.

Komanda 1/16 finala vəsiqə qazanmağı bacararsa, Azərbaycan klubu 175 min dollar vəsait əldə edəcək. Bu məbləğ 1/8 final üçün 195 min, 1/4 final üçün 215 min, yarımfinal üçün 230 min, final üçün isə 250 min dollar təşkil edəcək.

Nəticədə “Turan Tovuz” minimum 145 min dollar (246,5 min manat), maksimum isə 250 min dollar (425 min manat) əldə edə bilər.

Aziz Yıldırımdan çempionluq vədi: "Borcumuzu ödəmədən getməyəcəyik" Ayxan Abbasov mətbuat önünə çıxacaq "Şamaxı"da yeni müqavilə: İsmayılovla daha 2 il Füzuli Məmmədova böyük maraq: Elita və 1-ci Liqadan "Zirə"də ayrılıq: Tiaqo Silva getdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью