FİFA DÇ 2026 azarkeşlərindən qazanc əldə etməyin yeni yolunu tapıb

09.06.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq futbol assosiasiyaları federasiyası (FIFA), 2026-cı il dünya çempionatı öncəsi azarkeşlər üçün yeni kommersiya xidməti təqdim edib.

İdman.Biz-in The Athletic-ə istinadən verdiyi məlumata görə, azarkeşlərə oyunlar başlamazdan əvvəl stadionun böyük ekranında adlarının və ya qısa mesajlarının görünməsi üçün 79 dollar təklif olunur.

Ödənişdən sonra mesaj oyun başlamazdan əvvəl arenada göstəriləcək. Bu, azarkeşlərə sevimli komandalarını açıq şəkildə dəstəkləməyə və ya digər tamaşaçılara müraciət etməyə imkan verir.

Dünya çempionatı 11 iyunda başlayır və ilk dəfə 48 milli komandanın iştirakı ilə keçiriləcək. ABŞ, Kanada və Meksika oyunlara ev sahibliyi edəcək.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью