FİFA DÇ 2026 nın afişasını təqdim etdi Tarixdə ilk dəfə...

04.03.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

FİFA üç ölkənin - ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatının afişasını təqdim edib.

Fanat.Az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.

İlk dəfə olaraq, mundialın əsas posterinin dizaynı üzərində üç ev sahibi ölkəni təmsil edən üç rəssam çalışıb. Bunlar Karson Tinq (Kanada), Minerva GM (Meksika) və Genk Uillis Tomasdır (ABŞ).

DÇ-2026 üç ölkənin birgə ev sahibliyi etdiyi ilk mundialdır. Turnirin rəsmi afişası tarixdəki bu unikal anın əməkdaşlıq, həyəcan və birlik ruhunu tərənnüm edir. Əsərdə həmçinin, 16 ev sahibi şəhərin rəsmi posterləri də nümayiş olunur. Bu sənət əsəri kolleksiyası həmçinin müəyyən şəhərlərə həsr olunmuş ilk rəsmi DÇ posteri dəsti kimi tarixə düşəcək.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində keçiriləcək.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью