FİFA DÇ 2026 nın ən yaxşı hücumçularını açıqladı

21.07.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

FİFA DÇ-2026-nın ən yaxşı hücumçularını açıqladı

FİFA DÇ-2026-da fərqlənən futbolçuların statistik göstəricilər əsasında hazırlanan reytinqini açıqlayıb.

QOL.az xəbər verir ki, futbolçular hücum, yaradıcılıq və müdafiə oyununa görə 10 ballıq sistemlə qiymətləndiriliblər.

Hücum göstəricilərinə görə, siyahıya Fransa millisinin hücumçusu Kilian Mbappe liderlik edib. Turnirin bombardiri olan 27 yaşlı futbolçu 10 qol vuraraq 9,12 xal toplayıb.

İkinci yerdə İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem (8,29), üçüncü pillədə isə Argentina millisinin hücumçusu Lionel Messi (8,06) qərarlaşıb.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilib. Turnirdə ilk dəfə 48 milli komanda iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью