FIFA DÇ 2026 oyunlarının başlama saatlarını açıqladı | Icma.az
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. FIFA qarşıdan gələn dünya çempionatının cədvəlini dərc edib.
"Unikal" FIFA-nın saytına istinadən xəbər verir ki, Meksika ilə Cənubi Afrika Respublikası milliləri arasında açılış oyunu iyunun 11-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Növbəti oyun Cənubi Koreya yığması ilə UEFA pley-off qaliblərindən biri arasında saat 08:00-da olacaq.
İyunun 12-də Kanada yığması UEFA pley-off qalibi ilə Bakı vaxtı ilə saat 23:00-da, ABŞ ilə Paraqvay milləri arasında oyun isə saat 05:00-da başlayacaq.
Növbəti oyun günlərində iyunun 23-ə qədər hər gün dörd oyun keçiriləcək.
Başlama vaxtları Bakı vaxtı ilə saat 20:00-dan (ən erkən) saat 08:00-a (ən son) qədər dəyişəcək.
Qrupun yekun turunda gündə altı oyun keçiriləcək, başlama vaxtı saat 23:00-00:00-dan 06:00-07:00-dəkdir.
1/16 final oyunları Bakı vaxtı ilə saat 20:00-dan 07:00-dək, 1/8 final matçlarının oyunları isə saat 20:00-dan 04:00-dək başlayacaq.
Tam oxu
Xəbəri oxu