FİFA futbola daha bir yenilik gətirdi Şəkillər

15.12.2024

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

FİFA futbolda daha bir yenilik edib.

QOL.az xəbər verir ki, hadisə dünən Qitələrarası Kubokun "Paçuka" (Meksika) - "Əl Əhli" (Misir) matçında baş verib.

Yenilik hakimliklə əlaqədardır. 

Baş hakim Əlirza Fəqani oyunda əlavə avadanlıqla işləyib. İran əsilli avstraliyalı referinin sol qulağının üstünə videokamera və xüsusi qulaqlıq taxılıb.

Beləliklə, Pyerluici Kollinanın rəhbərliyi etdiyi FİFA Hakimlər Komitəsi oyunu bir də hakimin gözü ilə qeydə alaraq növbəti sınaq keçirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью