FİFA futbolda yeni qayda tətbiq edəcək

08.12.2024

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

FIFA futbolda yeni qayda tətbiq etməyə hazırlaşır. 
Bizim.Media xəbər verir ki, qapıçıların topu əlində çox saxlaması onlara baha başa gələcək. Bu barədə "The Times" nəşri məlumat yayıb.
Yeni qaydaya görə, qolkiper 8 saniyədən artıq topu əlində saxlasa, rəqib komanda korner qazanacaq.
İngiltərədə U-21 liqalarında və Maltada təcrübədən uğurla keçən sistemin bütün dünyada tətbiq ediləcəyi gözlənilir. Bu qayda vaxt uzadılmasının qarşısını alır və oyunun sürətini artırır.
Rəşad Rafiqoğlu, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью