FİFA ilin ən yaxşı futbolçusu adına 10 namizədi açıqladı Messi var, Ronaldu yox | Icma.az
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir. FİFA-nın 2024-cü ilin ən yaxşı oyunçusu mükafatına bütün namizədlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə beynəlxalq futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Namizədlər arasında hazırkı qalib, "İnter Mayami"nin oyunçusu Lionel Messi də var.
Mükafat üçün həmçinin "Real Madrid"dən Cud Bellingem, Daniel Karvaxal, Federiko Valverde, Kilian Mbappe və Vinisius Junior, hazırkı "Qızıl top"un qalibi Rodri və Erlinq Holand (hər ikisi "Mançester Siti"), Lamin Yamal (Barselona), Florian Virtts (Bayer) və artıq karyerasını bitirən Toni Kroos da mübarizə aparır.
Xatırladaq ki, 2023-cü ilin sonunda Messi müvafiq olaraq ikinci və üçüncü yerləri tutan Holand və Mbappeni qabaqlamışdı.
Mirağa Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu