FİFA İnfantinonun Mərakeşə vəd verməsini təkzib edib

06.08.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

FİFA İspaniya əvəzinə Mərakeşə növbəti dünya çempionatı finalına ev sahibliyi etmək şansı təklif etdiyi barədə xəbərləri təkzib edib.

İdman.Biz bildirir ki, daha əvvəl FİFA prezidenti Canni İnfantinonun qarşıdan gələn FİFA seçkilərində namizədliyini dəstəkləmək müqabilində Mərakeş Kral Futbol Federasiyasına (FRMF) 2030-cu il dünya çempionatı finalına ev sahibliyi edəcəyinə söz verdiyi bildirilirdi.

"FİFA prezidentinin 2030-cu il Dünya Kuboku finalının təşkili ilə bağlı hər hansı bir vəd verdiyi iddiası yalan və yanlışdır.

FİFA vaxtında qərar verəcək", - təşkilat bildirib.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью