FİFA İspaniya klublarını cəzalandırdı

27.01.2025

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

FİFA İspaniyanın iki klubuna sanksiya tətbiq edib. Ali futbol qurumunun bu qərarını pireneylilər təəccüblə qarşılayıb.

“Marca” qəzetinin məlumatına görə, FİFA “Malyorka” və “Rayo Valyekano”ya qışda transfer etmək qadağası qoyub. Bu xəbər La Liqa təmsilçiləri üçün gözlənilməz və təəccüblü olub. “Rayo Valyekano”nun rəsmi bəyanatında FİFA-nın qərarına heç bir ciddi səbəbin olmadığı qeyd edilib.
“Malyorka” rəhbərliyi isə sanksiyanı inzibati xəta sayır və transfer qadağası ilə bağlı kluba heç bir rəsmi bildiriş gəlmədiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью