Apasport saytına istinadən Icma.az xəbər verir.
FIFA kiberhücuma məruz qalıb.
Apasport.az xəbər verir ki, bu barədə qurumun nümayəndəsi “Reuters” agentliyinə açıqlamasında məlumat verib.
Bildirilib ki, hakerlər təşkilatın şəxsi və kommersiya xarakterli məlumatlarının bir hissəsinə qanunsuz giriş əldə ediblər.
Hücuma görə məsuliyyəti “Handsome Boy Hacking Club” adlı haker qrupu üzərinə götürüb. Qruplaşma şəxsiyyəti təsdiq edən sənədlər, miqrasiya qeydləri, maliyyə məlumatları və hüquqi sənədlər də daxil olmaqla, 12 giqabaytdan çox məlumatı ələ keçirdiyini iddia edib.
FIFA hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini açıqlayıb.
Qurum sızdırıldığı iddia olunan məlumatların həcmini və tam məzmununu ictimaiyyətlə bölüşməyib.
Alisson “Liverpul”un tarixinə düşdü PSJ-dən Çempionlar Liqasında Fransa rekordu Kimmix “Bavariya”nı sərt tənqid etdi – Musiala ilə bağlı qalmaqal “Beşiktaş”, “Milan” və “Yuventus”un oyunları bu kanallarda – TV AFİŞA Poçettinodan “Sportinq”lə heç-heçə sonrası etiraf: “Hələ bir həftədir...”