FİFA Klublararası Dünya Çempionatından fantastik gəlir əldə edəcək İştirakçılara bu qədər veriləcək

06.03.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Bu il baş tutacaq Klublararası Dünya Çempionatının nə qədər gəlir gətirəcəyi açıqlanıb.

Fanat.Az xəbər verir ki, məlumatı "The Athletic" yayıb.

Xəbərə görə, FİFA turnirdən 2 milyard dollar qazana bilər. Mənbə iştirakçı klubların hesablarına ümumilikdə 1 milyard dollar köçürüləcəyini də diqqətə çatdırıb.

Sözügedən turnir ABŞ-də keçiriləcək. Yarışın 1-ci qarşılaşması iyulun 15-də "İnter Mayami" ilə Misir təmsilçisi "Əl-Əhli" arasında olacaq. Avropa klublarından isə həmin gün "Bayern Münhen" mübarizəyə start verəcək. Almaniya nəhəngi "Oklend Siti" (Yeni Zelandiya) ilə üz-üzə gələcək.

Klublararası Dünya Çempionatının son qalibi "Mançester Siti"dir.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью