FIFA klublararası dünya çempionatının formatını dəyişə bilər

18.08.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 avqust, AZƏRTAC

FİFA klublararası dünya çempionatının formatını dəyişə bilər.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, ali futbol qurumu turnirin iki ildən bir keçirilməsini planlaşdırır.

2029-cu ildən başlayaraq komanda sayı 32-dən 48-ə çatdırılacaq. Bundan başqa, oyun təqvimində sıxlığı aradan qaldırmaq üçün milli komandaların iyulda keçirəcəyi yoldaşlıq matçlarının ləğvi də nəzərdə tutulub.

Qeyd edək ki, klublararası dünya çempionatı bu il ABŞ-da təşkil olunub. Qalib İngiltərə təmsilçisi "Çelsi" olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью