FİFA klubların pulunu hələ də ödəməyib

03.08.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

FİFA klubların pulunu hələ də ödəməyib

FİFA 2025-ci il Klublararası Dünya Çempionatından sonra həmrəylik proqramı çərçivəsində klublara ayrılan təxminən 250 milyon dolları hələ də ödəməyib.

QOL.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, turnirdə iştirak edən klublara nəzərdə tutulan mükafatlar artıq tam şəkildə ödənilsə də, həmrəylik proqramı çərçivəsində digər peşəkar klublara ayrılmış vəsait (təxminən 67,5 min ABŞ dolları) hələ də köçürülməyib. Bu isə futbol ictimaiyyətində narazılığa səbəb olub.

Bundan başqa, FİFA 2029-cu il Klublararası Dünya Çempionatının keçirilməsi ilə bağlı da yekun qərar verməyib. Bildirilir ki, yarışın gələcəyi, maliyyələşdirilməsi və kommersiya modeli ilə bağlı müzakirələr davam edir. Təşkilat rəhbərliyi ətrafında yaranan son mübahisələrin isə qərarvermə prosesini daha da çətinləşdirdiyi qeyd olunur.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью