Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
FIFA Prezidenti Canni İnfantinonun Fələstin və İsrail nümayəndələrini səhnədə əl sıxışdırmaq cəhdi böyük bir qarşıdurma ilə nəticələnib.
Vankuverdə keçirilən 76-cı FIFA Konqresində yaşanan gərginlik diplomatik sərhədlərin idman arenasına necə yansıdığını bir daha nümayiş etdirib.
"Cebheinfo.az" xəbər verir ki, İnfantino Fələstin Futbol Federasiyasının Prezidenti Cibril Racub ilə İsrail Futbol Federasiyasının vitse-prezidenti Basim Şeyx Süleymanı səhnəyə dəvət edərək onlardan bir "sülh fotosu" vermələrini xahiş edib. Lakin Racub Süleyman ilə eyni kadrda yer almağı və əl sıxışmağı rədd edib.
Bu hadisə konqres zalında ciddi gərginliyə səbəb olub. Britaniyanın "The Guardian" qəzetində yer alan xəbərə görə, İnfantinonun bu gərgin addımı prezidentliyə yenidən namizədliyini açıqlamazdan əvvəl simvolik bir mesaj vermək məqsədi daşıyırdı.
Lakin plan gözlənilən effekti verməyib və əks reaksiya doğurub.Yaşanan böhrandan sonra yenidən səhnəyə çıxan İnfantino tərəflərə çağırış edib:
"Prezident Racub, vitse-prezident Süleyman, birlikdə çalışacağıq. Uşaqlara ümid vermək üçün birlikdə çalışaq. Bunlar mürəkkəb məsələlərdir".
Fələstin Futbol Federasiyasının vitse-prezidenti Susan Şələbi Racubun reaksiyasını bu sözlərlə ifadə edib:
"İsraillilərin öz faşizmlərini və soykırımlarını təmizə çıxarmaq üçün gətirdikləri biri ilə əl sıxışa bilmərəm. Biz acı çəkirik".
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin